Türkiyə Xarici İşlər Nazirliyi İraq ərazisindən Səudiyyə Ərəbistanına qarşı pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumları ən sərt şəkildə pisləyib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda hücumların ən sərt şəkildə pisləndiyi, bu cür əməllərin Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və regional sabitliyə təhdid yaratdığı vurğulanıb.
Həmçinin Türkiyənin bölgədə sülh və sabitliyə töhfə verəcək addımları dəstəkləməyə davam edəcəyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB