İran neçə il öncə qəbul edilən qadağanı ləğv etdi

İran neçə il öncə qəbul edilən qadağanı ləğv etdi

İranda neçə il öncə qadağan edilmiş daha bir məhdudiyyət ləğv edilib. Belə ki, İranda dövlət qurumlarının xarici mesajlaşma tətbiqləri və digər beynəlxalq rəqəmsal platformalarda rəsmi məlumatlandırma fəaliyyəti aparmasına qoyulan qadağa ləğv edilib. SİA xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Qərar İranın Virtual Məkanın Tənzimlənməsi və İdarə Olunması üzrə Xüsusi Qərargahının iclasında bütün üzvlərin razılığı ilə qəbul edilib.

Yeni qərara əsasən, dövlət qurumlarına xarici platformalarda rəsmi hesablar və kanallar vasitəsilə fəaliyyət göstərməyə icazə verilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə