...Şəhər şurasının veb saytına görə, müsəlman olan Zakir Çaudri ilk dəfə Birminhem meri seçilib.
SİA xəbər verir ki, Birminhem, 1 milyondan çox əhalisi olan Böyük Britaniyanın ikinci ən sıx məskunlaşmış şəhəridir. Zakir Çaudri Pakistan əsillidir və hərbçi ailəsində böyüyüb. Atası İkinci Dünya Müharibəsindəki xidmətlərinə görə Kral VI Georq tərəfindən mükafatlandırılıb.
Zakir Çaudri 1969-cu ildə 14 yaşında Birminhemə gəlib və İngiltərədə təhsil alıb.
2006-cı ildə Birminhem Şəhər Şurasına seçilib.
Rəsmi vəzifələrindən əlavə, xeyriyyə işlərinin inkişafına da xeyli səy göstərib.
O, şəhərdə ərzaq banklarının yaradılmasına töhfə verib və koronavirus pandemiyası dövründə sakinlərə yardım göstərib. O, həmçinin yerli məscidin sədri vəzifəsində çalışıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB