Hadisə səhər saatlarında Kidangoor Mahavishnu Tapınağı yaxınlığında baş verib. “Vishnu” adlı fil su içirmək üçün aparıldığı zaman qəfil aqressivləşərək zəncirlərini qırıb. Şahidlərin sözlərinə görə, heyvan baxıcısını xortumu ilə havaya atdıqdan sonra yerə çırpıb və əzib. Ağır yaralanan baxıcı xəstəxanaya çatdırılsa da, həyatını itirib. Hücum zamanı yaralanan digər baxıcının müalicəsi davam edir.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra ərazidə panika yaşanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə filin ətrafdakı avtomobillərə ziyan vurduğu, skuterləri aşırdığı və ağacları kökündən çıxardığı əks olunub. Küçələrin sanki döyüş meydanına çevrildiyi hadisə yerinə təhlükəsizlik qüvvələri və xüsusi qruplar cəlb olunub.
Təxminən dörd saat davam edən müdaxilədən sonra fil sakitləşdirici iynələrlə zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB