10 mindən çox ABŞ hərbçisi Hörmüz boğazını mühasirəyə alıb - TƏCİLİ

10 mindən çox ABŞ dənizçisi və hərbçisi Hörmüz boğazının blokadasında iştirak edir. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında bildirilib.

SİTAT: "10 mindən çox ABŞ dənizçisi, dəniz piyadası və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu, eləcə də ondan çox hərbi gəmi və onlarla təyyarə İran limanlarına daxil olan (Hörmüz boğazı vasitəsilə - red.) və oranı tərk edən gəmilərin blokadaya alınması tapşırığını yerinə yetirir. İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını yara bilməyib, 6 ticarət gəmisi isə ABŞ qüvvələrinin geri dönmək və Oman körfəzindəki İran limanına qayıtmaq göstərişlərinə tabe olub", - paylaşımda qeyd olunub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə