Narışkin Zelenskini Rusiya ilə sülhə çağırdı

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Ukrayna prezidenti Volodimir Zelenskini tənqidi düşüncə tərzi nümayiş etdirməyə və Moskvanın sülh təşəbbüslərini qəbul etməyə çağırıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, SVR rəhbəri jurnalistlərə Rusiyanın təkliflərinin ədalətli olduğunu bildirib. O əlavə edib ki, belə bir həll yolu onilliklər ərzində davamlı sülhün bərqərar olmasına kömək edəcək.

"Zelenski və onun sözdə komandasına gəldikdə isə, inanıram ki, onlar tənqidi düşüncələrinin qalıqlarını toplamalı və Rusiyanın ədalətli sülh təkliflərini qəbul etməlidirlər ki, bu da uzun illər ərzində sülhü təmin edəcək və hər kəs bundan faydalanacaq", - SVR rəhbəri bildirib.

Narışkin əvvəllər Rusiya ilə Qərb arasında tərəfdaşlığın praktik olaraq mümkün olmadığını bildirmişdi. O hesab edir ki, ruslar 1990-cı illərdə belə bir əməkdaşlığın mümkünlüyü barədə illüziyalar bəsləyirdilər və uğurlu əməkdaşlığın ortaq mənəvi və etik prinsiplər vasitəsilə əldə edilə biləcəyinə inanırdılar. Lakin o, Qərbin hərəkətləri bu illüziyaları darmadağın etdiyini vurğulayıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə