Rusiyanın hücumları nəticəsində Ukraynanın Lvov vilayətində yeddi nəfər yaralanıb, UNESCO-nun şəhər mərkəzindəki Dünya İrsi abidəsinə ziyan dəyib. Lvov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski bu barədə özünün teleqram kanalında xəbər verib.
"Rusiya Silahlı Qüvvələri Ukraynanın Lvov vilayətinə hücumu davam etdirir. Yaralılardan azı ikisinin vəziyyəti ağırdır. Pilotsuz təyyarələrin hücum riski hələ yüksəkdir. İlkin məlumata görə, UNESCO-nun bir abidəsinə ziyan dəyib. Təhlükə yüksək olaraq qalır. Sığınacaqlarda qalın", - o yazıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB