Aİ Fələstinə təxminən 1,6 milyard avro dəyərində maliyyə yardımı edəcək
Avropa İttifaqı (Aİ) Komissiyası 2025-2027-ci illər arasında Fələstin Muxtariyyətinə təxminən 1,6 milyard avro məbləğində maliyyə yardımı paketinin veriləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyi yeni üç illik paketlə Fələstinə maliyyə dəstəyini artıracağını açıqlayıb.
Aİ Komissiyasından verilən açıqlamaya görə, Fələstinin bərpası və dayanıqlığının artırılması üçün Fələstin Administrasiyasına təxminən 1,6 milyard avro dəyərində yardım ediləcək. Paketin bir hissəsi olaraq, təxminən 620 milyon avroluq yardım qrantları birbaşa Fələstin Administrasiyasının büdcəsinə veriləcək, dövlət idarələrinin təcili ehtiyaclarını qarşılamağa və xidmətlər göstərməyə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə