Tramp Zelenski ilə danışıqların ilk təfərrüatlarını açıqlayıb

Söhbət bir saata yaxın davam etdi.

...ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında təxminən bir saat davam edən telefon danışığı başa çatıb.

SİA xəbər verir ki, bu barədə Tramp Truth Social sosial şəbəkəsində məlumat verib.

...Mən Ukrayna prezidenti Zelenski ilə çox yaxşı telefon danışığım oldu. Danışıq təxminən bir saat davam etdi. Söhbətin çox hissəsi Rusiya və Ukraynanın istək və ehtiyaclarını əlaqələndirmək üçün prezident Putinlə dünənki söhbətə əsaslanıb.

Bunu Tramp bildirib.

Amerika liderinin sözlərinə görə, o, ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Valsdan “müzakirə olunan məsələlərin dəqiq təsvirini təqdim etməyi” xahiş edib.

Müvafiq bəyanat “yaxın gələcəkdə” dərc olunacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə