Türkiyənin 2024-cü ilin 9 ayında taxıl bitkiləri və məhsulları ixracatı
Türkiyənin 2024-cü ilin 9 ayında taxıl, paxlalı, yağlı bitkilər və onlardan hazırlanan məhsulların ixracı 8 milyard 722 milyon 118 min dollar olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, taxıl, paxlalı, yağlı bitkilər və məhsullar sektoru 9 ayda 217 ölkə və sərbəst zonaya 9 milyon 183 min 72 ton məhsul satıb. Bu məhsullardan 8 milyard 722 milyon 118 min dollar gəlir əldə edən sektor 943 milyon 295 min dollarlıq buğda unu, 720 milyon 201 min dollarlıq makaron, 695 milyon 566 min dollarlıq biskvit və vafli ixrac edib.
Ən çox ixracat 3 milyard 11 milyon 196 min dollarla Yaxın Şərq ölkələrinə edilib. Ondan sonra 2 milyard 116 milyon 574 min dollarla Afrika və 1 milyard 97 milyon 659 min dollarla Avropa ölkələri gəlir.
Sektorun ölkə bazlı ixracatında İraq 1 milyard 583 milyon 213 min dollarla birinci, ABŞ 467 milyon 455 min dollarla ikinci, Suriya isə 322 milyon 314 min dollarla üçüncüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə