İran İsraillə genişmiqyaslı müharibənin istənilən ssenarisinə hazırdır.
SİA-nın əldə etdiyi məlumata görə, “Əl-Aləm” xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Tanqsiri deyib.
O, İsraillə istənilən silahlı münaqişə ssenarisinə hazır olduğunu bəyan edib. Kontr-admiral vurğulayıb ki, İran 44 ildir İsraillə qarşıdurma vəziyyətindədir və müntəzəm olaraq mümkün qarşıdurma ssenariləri hazırlayır.
...Biz müharibədən keçdik, hər hansı bir ehtimal üçün planlarımız var. Biz düşmənlə qarşıdurma planlaşdırmışdıq, – deyə İİKK Hərbi Dəniz Qüvvələrinin komandanı bildirib.
Onun sözlərinə görə, İran hərbçiləri həm Fars körfəzində, həm də ondan kənarda döyüşlərə hazırlaşır.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İranın hücumuna İsrailin cavab vermək hüququnu bəyan edib. İsrail baş nazirinin sözlərinə görə, dünyanın heç bir ölkəsi öz şəhərlərinə və vətəndaşlarına belə hücuma icazə verməz.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə