…Sankt-Peterburqda polis Prosveşeniya prospektində 25-ci mərtəbədən yıxılan kişinin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.
SİA-nın əldə etdiyi məlumata görə, Sankt-Peterburqdakı MK hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, yıxılan yerindəcə dünyasını dəyişib.
Ehtimallara görə, Sankt-Peterburq sakin hündürmərtəbəli binanın ümumi eyvanından yıxılıb.
Ölən şəxsin təxminən 40 yaşında olduğu görünür.
Hüquq-mühafizə orqanları baş verənlərin bütün təfərrüatlarını müəyyənləşdirir.
Əməliyyatçılar girişdə və liftlərdə olan müşahidə kameralarının qeydlərini yoxlayır.
Bundan əvvəl Sankt-Peterburqun aparıcı gimnaziyalarından birində tavan uçub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə