İran Ermənistanın yanında olduğunu bir daha bəyan etdi

Xatırladaq ki, İran bundan əvvəl Rusiyanı Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin yaradılması ideyasını dəstəklədiyinə görə tənqid edib

İranın Ermənistandakı səfiri Mehdi Sobhani Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə İranın beynəlxalq sərhədlərin dəyişməzliyi və qonşu ölkələrin ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyini təkrarlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Erməni mətbuatının yazdığına görə, Sobhani regionda geosiyasi statusun dəyişdirilməsi cəhdinin əleyhinə olduqlarını bəyan edib.

Armen Qriqoryan səfirə İranın aydın mövqeyinə görə təşəkkür edib və Ermənistanın İranla münasibətlərə böyük əhəmiyyət verdiklərini və heç bir qüvvənin Ermənistanla İran arasında ərazi əlaqələrini poza bilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, İran bundan əvvəl Rusiyanı Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin yaradılması ideyasını dəstəklədiyinə görə tənqid edib.

"Qonşularımızın ərazi bütövlüyünə şimaldan, cənubdan, şərqdən və ya qərbdən hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması cəhdləri tamamilə qəbuledilməzdir və İran üçün qırmızı xəttdir", - deyə İranın xarici işlər naziri Səid Abbas Erakçi deyib.

İran Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfiri Aleksey Dedova rəsmi Tehranın RF-nin bu dəhlizin yaradılması ilə ölkəni təcrid etmək, İranın Avropa və dünyanın qalan hissəsinə çıxışını məhdudlaşdırmaq kimi nəticələrdən narahatlığı ifadə edilib.

Qeyd edəkj ki, Rusiya, Azərbaycan və Ermənistanın 2020-ci il noyabrın 9-da imzaladığı üçtərəfli birgə bəyanatda qeyd olunan Zəngəzur dəhlizi tərəflər arasında müzakirə mövzusu olaraq qalır. Bu yaxınlarda rəsmi Bakı və İrəvan sülh sazişindən “Zəngəzur dəhlizi” maddəsini çıxarılıb. Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun bəyanatından sonra dəhlizin yaradılması məsələsi yenidən gündəliyə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə