Rusların “Mir” kartlarının xidmətindən qazaxlar da imtina etdi...

...Qazaxıstanın ən böyük bankı “Halyk Bank” fevralın 27-dən Rusiyanın “Mir” kartlarına xidmət göstərməkdən imtina edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə TASS kredit təşkilatının çağrı mərkəzinin əməkdaşına istinadən məlumat yayıb.

“Halyk Bank” nümayəndəsinin sözlərinə görə, bank artıq Rusiyadan gələn ödəniş sistemi ilə işləmir.

Bu həm POS terminallara, həm də bankomatlara aiddir.

Maraqlıdır ki, xəbər agentliyinin həmsöhbəti məhdudiyyətlərin təfərrüatlarını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, “Halyk Bank” kapitalına görə Qazaxıstanın ən böyük banklarından biridir.

Təşkilat ölkənin sistem formalaşdıran müəssisəsidir.

Yeri gəlmişkən, xatırladaq ki, əvvəllər “Mir” Qırğızıstanda ABŞ-ın ikinci dərəcəli sanksiyalarına görə qəbul edilmirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə