Türkiyədə əsrin fəlakətində çökən evinin dağıntıları altında qalan və iki ayağını itirən məktəb müdiri protez ayaqları ilə vəzifəsinə başlayıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, məktəbdə şagirdlər və müəllimlər tərəfindən çiçəklə qarşılanan müdir göz yaşlarına boğulub.

Kahramanmaraşda Menderes məktəb müdiri İsmet Kaya 2023-cü il 6 fevralda baş verən 7,7 gücündəki zəlzələdə evinin çökməsi ilə dağıntıların altında qalmışdı. Dağıntıların altından 2 gün sonra çıxarılan İsmet Kayanın iki ayağı da dizinin üstündən amputasiya edilmişdi. Müxtəlif xəstəxanalarda 8 ay müalicə olunan Kaya protezlərlə yeriməyə başladı. Təhsil həyatından qopmaq istəməyən və vəzifəsinə dönən Kaya məktəbdə şagirdlər, müəllimlər tərəfindən çiçəklərlə qarşılandı.

O deyib ki, xəstəxanada özümə gəldiyimdə ağlıma gələn ilk şey təqaüdə çıxmaq idi: "Protez ayaqlara öyrəşəndən sonra vəzifəmə başlamaq istədim. Protezlə gündən-günə yeriyə biləcəyimi hiss etdim. Pilləkənlərə çıxıb düşə bilirdim. Protezlərimlə ən son 300 addım atdığımı öyrəndim və artıq məktəbə gəlmək istədim. Məni məktəbdə böyük sevinclə qarşıladılar".

Şagirdlərinin otağına gələrək ona "keçmiş olsun" arzularını bildirdiklərini deyən İsmet Kaya izah edilməyəcək dərəcədə xoşbəxt olduğunu deyib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə