Estoniya hakimiyyəti Rusiya dövlət nömrə nişanlı avtomobillərin sahiblərinə onları Estoniyanın nəqliyyat vasitələrinin reyestrinə daxil etmək və ya avtomobilləri ölkədən çıxarmaq üçün altı ay vaxt verib.
SİA-nın əldə etdiyi məlumata görə, “İnterfaks” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Lauri Lanemets bildirib.
O xatırladıb ki, sentyabrın 13-dən Rusiya dövlət nömrə nişanlı avtomobillərin Estoniyaya girişi qadağan edilib. Lakin artıq Estoniyada olanlarla bağlı biz qanuna heç bir dəyişiklik etməyəcəyik, lakin hazırda qüvvədə olan hüquqi normaları tətbiq edəcəyik.
Lanemets əlavə edib ki, Estoniya sakinləri öz istifadələri üçün ölkəyə gətirilən nəqliyyat vasitəsini beş gün ərzində yerli reyestrdə, əcnəbi isə Estoniyada avtomobildən istifadə edirsə, bir il ərzində qeydiyyatdan keçirməlidir.
Eston nazirin sözlərinə görə, avtomobili ixrac edərkən vergi və rüsum ödəməli olacaqsınız.
Belə ki, qiyməti 20 min avro olan avtomobillər üçün rüsum təxminən 2000 avro, satış vergisi isə 4400 avro təşkil edəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə