“Aİ minatəmizləmə prosesində Azərbaycanın əsas tərəfdaşıdır” - SƏFİR

“Avropa İttifaqı minatəmizləmə prosesində Azərbaycanın əsas tərəfdaşıdır”. SİA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Lənkəran Dövlət Universitetinin tələbələri ilə görüşündə deyib.

“Biz həmçinin Qarabağın bərpasında Azərbaycana yardım etməyi hədəfləyirik. Aİ Cənubi Qafqaz regionunda sabitlik və sülhün tərəfdarıdır", - səfir vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə