Ağ Evdə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının başlama tarixi açıqlanıb

Ukrayna Silahlı Qüvvələri bu yay hücuma keçmək istəyir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, ABŞ ordusu əks-hücum əməliyyatını planlaşdıran ilk vaxtdan ukraynalı yaraqlılarla sıx təmasda olub.

“Ukrayna yayda hücuma hazırlaşır. Biz yay aylarında, o cümlədən çox yaxın gələcəkdə Ukraynaya hərbi texnikanın təhvil verilməsini, müdafiə sistemlərinin tədarükünü davam etdirmək niyyətindəyik”, - deyən Kirbi, Amerikanın Ukraynada özünü qorumaq üçün hər şeyə sahib olmasını istədiyini də əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə