"Danışıqların dərhal baş tutması ehtimalı azdır" - İbrahim Kalın

"Türkiyə Ukrayna böhranının həlli üçün Rusiya və Ukrayna arasında danışıqların təşkili üçün səylərini davam etdirəcək. Eyni zamanda, biz bunun xeyli vaxt aparacağına əminik". SİA TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

“Müasir reallıqları nəzərə alsaq, danışıqların dərhal baş tutması ehtimalı azdır. Lakin biz bunun mümkün olduğuna inanırıq və bunun üzərində işləməyə davam edəcəyik”, - deyə Kalın bəyan edib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna ilə yaxın münasibətlər saxlayan Türkiyə Ukraynada münaqişənin davam etdirilməsində maraqlı deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə