Braziliyanın “Kruzeyro” klubu dünyaca məşhur baş məşqçisini istefaya göndərib

Braziliyanın “Kruzeyro” klubu baş məşqçisi Luis Felipe Skolarini istefaya göndərib.

SİA xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Xəbərdə tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Skolari ötən ilin oktyabrında "Kruzeyro"nun baş məşqçisi təyin olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə