Azərbaycanlı hakimə yeni vəzifə

Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Cahangir Babayevə yeni vəzifə verilib.

SİA-nın məlumatına görə, əməkdar məşqçi Avropa Hakimlər Komissiyasına üzv seçilib.

Qitənin 55 ölkəsindən ümumilikdə 10 nəfərin olduğu komitədə Azərbaycan nümayəndəsi ilk dəfə yer alacaq. 5-ci dan qara kəmər sahibi Cahangir Babayev bundan sonra həmin komitədə ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, Avropa Hakimlər Komissiyasında 1 sədr, 9 üzv yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə