Azərbaycan millisi reytinq cədvəlində 11-ci pillədədir VOLEYBOL

Avropa Voleybol Konfederasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

SİA-nın məlumatına görə, Türkiyə, Polşa, Slovakiya və Macarıstanın birgə ev sahibliyi etdiyi Avropa çempionatını 10-cu pillədə başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində 11-ci pillədə qərarlaşıb. Yığmamızın hesabında 212 xal var.

Reytinq cədvəlinə 298 xalla Serbiya millisi başçılıq edir. İtaliya seçməsi (286 xal) ikinci, Hollandiya (282) isə üçüncü pillədə yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə