"Bakı" - "Anji" matçı təxirə salındı

"Bakı" və "Anji" klubları arasında keçiriləməli olan matç baş tutmayacaq. "Bakı"nın mətbuat xidmətindən verilən məlumata görə, buna "Anji"nin futbolçularının sənədləri ilə bağlı Rusiya sərhəddində yaranan problem səbəb olub. Bundan sonra şimal qonşularımız Bakıya gələ bilməyəcəkləri barədə klubu məlumatlandırıb. Bununla əlaqədar olaraq dünən Tofiq Bəhramov adına stadionda keçirilməli olan baş məşqçilərin mətbuat konfransları keçirilmədi.

Bütün xəbərlər Facebook səhifəmizdə