“İqtisadçı” məğlub oldu, “Dinamo” pley-off mərhələsində

Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının 5-ci turunun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, Bakının "İqtisadçı" komandası Moskvada yerli "Dinamo" kollektivinin qonağı olub. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüş 3:0 hesabı ilə "Dinamo" komandasının xeyrinə başa çatıb. Bu qələbə ilə "Dinamo" Çempionlar Liqası yarışlarının pley-off mərhələsinə vəsiqəni təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə