Erik Gerets yenidən Türkiyədə!

"Qalatasaray"ın keçmiş baş məşqçisi olmuş Erik Gerets yenidən Türkiyədə məşqçilik fəaliyyətinə başlayacaq. Siasport.az saytı xəbər verir ki, gürcü baş məşqçi ilə yollarını ayıran "Kayserispor" futbol klubu, 58 yaşlı futbol mütəxəssisi ilə rəsmi müqavilə imzalamağa hazırlaşır. Türkiyənin "Milliyet" qəzeti yazır ki, artıq Kayseri təmsilçisi E.Geretslə prinsipial razılaşma əldə etdiklərini açıqlayıb. Xatırladaq ki, 2005-2007-ci illərdə İstanbul klubunun baş məşqçisi olan belçikalı mütəxəssis, "cim bom"a çempionluq qazandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə