"Fənərbaxça" UEFA-nın "hə"sini aldı

UEFA-dan Türkiyənin "Fənərbaxça" klubuna xoş xəbər verilib. Türkiyə mətbuatı yazır ki, adı danışılmış oyunlarda hallandırılan son vitse-çempion növbəti mövsümdə Çempionlar Liqasında çıxış edə biləcək.


Belə ki, bununla bağlı UEFA-nın Nizam-İntizam Komitəsinin bu gün Varşavada keçirilən iclasında çıxarılan qərar Türkiyə Futbol Federasiyasına (TFF) və kluba göndərilib. Artıq "Fənərbaxça" qərarla bağlı rəsmi açıqlama yayıb.


Türkiyə Futbol Federasiyası məsələ ilə bağlı araşdırmasında danışılmanın meydana aid olmamağı ilə bağlı nəticə çıxardaraq, dosyeni UEFA-nın göndərmişdi. Uzun müddətdir bunu nəzərdən keçirən qitə futbol qurumunun hansı qərar çıxaracağı maraqla gözlənilirdi. UEFA dosyelərdə bir qüsur tapmadığından, cəza verməyib və bununla da komandanın ÇL-də çıxış edəcəyi dəqiqləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...