Azərbaycanın kişi və qadın voleybolçulardan ibarət milliləri Avropa Liqasında növbəti matçlarına çıxacaqlar.
SİA-nın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu qadınlardan ibarət yığma İsraillə üz-üzə gələcək.
Qarşılaşma saat 20:00-da start götürəcək. Bu mərhələnin oyunları Şimali Makedoniyada keçirilir.
Boris Qrebennikovun rəhbərlik etdiyi kişilərdən ibarət komanda isə Macarıstan yığması ilə görüşəcək. Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da başlayacaq. Bu mərhələnin qarşılaşmaları Bakıda keçirilir.
Qeyd edək ki, qadınlardan ibarət yığma növbəti matçını sabah İsveçrəyə qarşı keçirəcək. Kişi voleybolçular isə iyunun 21-də Portuqaliya yığması ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB