"Quba" klubunun baş məşqçisi müəyyənləşib

Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında çıxış edəcək "Quba" klubunun baş məşqçisi müəyyənləşib. SİA xəbər verir ki, komandanı Şəhriyar Əsgərov çalışdıracaq.

Ötən mövsüm "Cəlilabad" adı altında çıxış edən komandanın məşqçilər korpusu və əksər oyunçuları da məhz "Quba"da olacaq. Zaur Paşayev oynayan məşqçi funksiyasını yerinə yetirəcək. Komandanın kapitanı isə Fikrət Paşayevdir.

Qeyd edək ki, bölgə təmsilçisi ev oyunlarını Quba Olimpiya İdman Kompleksində keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə