AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşib

AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşib

AFFA Region Liqasında üçüncü yer uğrunda oyun keçirilib. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Göyəzən” və “Ümid” komandaları üz-üzə gəliblər.

“ASCO Arena”da baş tutan görüşdə 7:2 hesablı qələbə qazanan “Ümid” kollektivi bürünc medallara sahib olub.

Medalları veteran futbolçu, milli komandanın skautu İlqar Qurbanov təqdim edib.

Qeyd edək ki, AFFA Region Liqasında final oyunu mayın 24-də Şamaxı şəhər stadionunda “Şimal” və “Hypers” kollektivləri arasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə