Heydər Əliyev parkı yenilənib

Bakı şəhəri , Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev parkı yenidənqurma işlərindən sonra istifadəyə verilib. SİA xəbər verir ki, parkda təmir işləri “Regional İnkişaf” İctimai Birliyinin təşkilati dəstəyi ilə Xətai rayon İcra hakimiyyəti tərəfindən aparılıb.

Parkın ərazisi genişləndirilərək 4 hektardan 14 hektara çatdırılmış parkda aparılan yenidən qurma işləri çərçivəsində 30 mindən çox ağac və gül kolları əkilmiş, 9 hektar eraziyə qazon örüyü döşənmiş, 7 km piyada və 1,1 km velosiped zolağı salınmış, i 380 işıq dirəyi, 150 oturacaq quraşdırılmış, məlumat lövhələri qurulmuş, avtodayanacaq yaradılmışdır. Ərazidə olan şəlalə və fəvvarə kompleksi təmir edilmişdir. Ziyarətçilər üçün piknik sahələrinin mövcud olduğu parkada uşaqlar və böyüklər üçün 5 fərqli məkanda idman və əyləncə sahələri ayrılmışdır. Parkda 918 yerlik amfiteatr qurulmuşdur.

Qeyd edək ki, Avqustun 15-də parkda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təşkil edilib. Konsert proqramına şəhid ailələrin üzvləri, vətən müharibəsi qaziləri dəvət olunub.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...