İnsanları dini inancına görə qınamaq olar? - ARAŞDIRMA

Din insanların fövqəltəbii güclərə, müqəddəs hesab etdikləri müxtəlif varlıqlara və tanrılara inancıdır. Tanrı və din anlayışı insan hisslərinin ehtiyacı nəticəsində yaranıb. İnsanlar təbii olaraq özlərini təhlükəsiz hiss etmək istəyirlər. Bu, təkcə fiziki güvən deyil, həm də psixoloji rahatlıqdır.

Hinduizm məlum olan ən qədim dindir. Daha doğrusu, hinduizm dininin ən qədim din olduğu düşünülür. Bu din Hindistanın Xajuraho şəhərindəki Vişvanatha Hindu məbədi YUNESKO-nun Dünya İrsi sırasındadır.

Müsəlmanlar İslamın ən mükəmməl din olduğuna inanırlar. Onların irəli sürdükləri səbəblər arasında ən son gələn din olduğu da bildirilir.

Müsəlmanlar Adəmin ilk yaradılmış insan və ilk peyğəmbər olduğuna inanırlar. Tövrat və ya yəhudi mənbələrinə görə Adəm 1000 və ya 2000 il yaşamış hesab edilir.

Hz. Məhəmməd bərabərlik və dözümlülüyü təbliğ edən İslamı gizli şəkildə yaymağa çalışdıqda, Məkkə əyanlarından reaksiya görərək İslam dinini daha tez yaymaq üçün Mədinəyə hicrət edib.

Hansı ölkələr müsəlman dininə inanır?

İslam ölkələri

Əfqanıstan

İran

Mavritaniya

Pakistan

Səudiyyə Ərəbistanı

Yəmən

Dünyada hansı dinlər var?

Xristianlıq

İslam

Buddizm

Hinduizm

Yəhudilik

Ateizm

Xalq inancları

Ən böyük din hansıdır?

Dindarların sayına görə ən böyük dini icma xristianlardır. Müsəlmanlar isə ikinci yerdədir.

Dünyada neçə din var?

Dünyada ümumilikdə 4 din var. Dinlərin hər biri müxtəlif dövrlərdə yaranmış dinlərdir. Onlar həmçinin dini cəhətdən fərqli müddəaları ehtiva edir.

Başqalarına zərər verməyən hər hansı inanc hörmətə layiqdir.

Bəs, insanları dini inancına görə qınamaq olar? Bu nə dərəcədə düzgündür? SİA məsələ ilə bağlı araşdırma apararaq din xadimləri və psixoloqların fikirlərini öyrənib.

Psixoloq Leylə Əli: “Azərbaycan multikultural ölkədir. Bu gün biz digər ölkələrlə müqayisədə tolerantlığın, mədənimüxtəlifliyin, insanların seçim azadlığının ən parlaq nümunəsini Azərbaycanda müşahidə edə bilərik.

Vətəndaşın dini etiqad azadlğı mövcuddur və bu qanunvericilikdə də öz əksini tapıb. Hər bir Azərbaycan vətəndaşı hansı dinə etiqad etməsində və hansı dini seçməsində azaddır. Bu nöqteyi-nəzərdən insanları sitayiş etdiyi dininə görə qınamaq, tənqidə məruz qoymaq qəbuledilməzdir.

Dinin insan psixologiyasına təsiri sualına gəlincə. İnsanın ibadəti onun özünü olduğundan daha yaxşı etməyə, şəxsini daha dərindən tanımağa və dərk etməyə istiqamətlənir. İbadət etmək insanın daxili energetik quruluşunu, vəziyyətini və psixoloji durumunu sabit saxlamaq üçün ən ali vasitələrdən biridir. Əlbəttə ki, dini sitayişin fanatizm səviyyəsində digər insanların seçim və tərcihlərinə təsirini də bilirik. Bu qəbuledilməzdir. İnsan Allahdan, Tanrıdan nəyisə arzulayırsa bunu nə üçün istədiyini müəyyənləşdirməlidir. Yəni insanın dini etiqadı ilk növbədə özünü daha dərindən dərk etməyə istiqamətlənirsə, bu zaman biz sizinlə yükəsk insani keyfiyyətlərdən bəhs etmiş oluruq”.

Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Azərbaycan elə bir məkanda yerləşir ki, burada bütün dinlər demək olar ki, mərkəzi rol oynayır. İstər vaxtilə atəşpərəstlik, zərdüştlük, istər bunlardan sonrakı dini istiqamətlər olsun, onlar da müəyyən dövrlərdə əsas olub.

Eyni zamanda İslam dini ilə zədüştlük arasında zaman məsafəsi var. Bu zaman məsafəsində ilkin xristianlıqdan tutmuş, Alban Xristian kilsəsinə qədər Azərbaycanda ən böyük dinlərə sitayiş edən insanlar yaşayıb.

Eyni zamanda bundan əvvəl də istər Ərdəbil tərəfdə, istər Şimali Azərbaycanda Yəhudi dininə sitayiş olub. İndinin özündə də bu müşahidə olunur. Yəhudiliyə sitayiş edən qədim xəzər türkləri də var.

Daha sonra İslamın qəbul edilməsi Azərbaycanda süni və şiələrin yaşaması ölkəmizin dini multikultural dəyərlərinin bəşəri bir dəyər sisteminə çevrilməsinə təkan verdi. İnsanlar heç vaxt biri-birini dininə görə qınamayıblar.

Bir ölkədə ki, hər dinə aid olan məbəd və məscid qorunub saxlanıbsa, müxtəlif dinlərin bayramları qeyd olunubsa, bu həmin ölkənin multikultural dəyərlər sisteminin nümayişidir. Bunu bütün dünya bilir. Ona görə də məişət səviyyəsində bir insanın digərini dini inancına görə aşağılaması, onu tənqid etməsi qəbul edilən deyil. Bu sivil dünyada mədəniyyətsizlik və qeyri-etik hal kimi qəbul edilməlidir.

Mən yazıçı kimi, qəbul edirəm ki, əgər bir insanın ata və anası hansı dindədirsə o da həmin dində qalsa yaxşı olar. Amma insanların seçiminə də hörmətlə yanaşmaq lazımdır. Əgər həmin insan radikal deyilsə, dağıdıcı qüvvələrin yanında deyilsə, qanunu pozmursa onu heç kim təhqir və tənqid edə bilməz. Bunu edən insan qanun qarşısında da cavabdehdir. Çünki bizim qanunumuzda da inanc və inamla bağlı seçim imkanı verilir. Azərbaycanın təməl qanunları var ki, onlarda hər bir dini inancı olan insanın hisslərinə hörmətlə yanaşılır.

Eyni zamanda İranda, Ərəb ölkələrində, Türkiyədə, Pakistanda və Əfqanıstanda bizim tolerant dini baxışlarımız model olaraq götürülür. Düşünürəm ki, bu model daha da inkişaf etdirilməlidir. İnsanlara inanclarına görə yox, intellektual səviyyəsinə, cəmiyyətə verdiyi faydaya görə qiymət vermək lazımdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə