"Narsizm şəxsiyyət pozğunluğudur. Bu pozğunluqdan əziyyət çəkən insanlar ətrafındakılardan istədikləri diqqəti görə görmədikdə ruh düşkünlüyü yaşayırlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.
Onun sözlərinə görə, bu cür insanlar yaşayacaqları depressiyanı dilə gətirməkdə çətinlik çəkirlər: "Ona görə də bu tip insanlar psixoloqlara şəxsiyyət problemi adı ilə deyil, digər bir problemlə müraciət edirlər. Çox vaxt da başqa insanların yaşadığı porblemləri öz davranışlarının bir nəticəsi olaraq yox, əksinə başqa insanların səhvi nəticəsində olduğuna inanırlar və bunu qarşıdakı insanlara da çatdırmaq istəyirlər. Psixoloqlara müraciət edərkən günahkar kimi qeyd etdiyi insan öz anaları, doğmaları ola bilər. Sevgisizlik duyğusu, bəyənilmək istəyi, heyranlıq gözləntisi və empatiya qurmama ən əsas narsist şəxsiyyət pozğunluğunun xüsusiyyətlərindəndir. Bu zaman da bu cür insanlar dərindən sevə bilmirlər, istəsələr də sevə bilməzlər. Kənardan çox soyuq, məsafəli, özündən razı görünsələr belə əslində daxilən inciməyə meyilli bir insanlardır. Qeyd edim ki, narsizmin psixoloji ədəbiyyata Qədim Yunanıstanda 1887-ci ildə Freyd gətirmişdir. Yunan əfsanəsinə görə Narsist adlı bir gənc suda öz təsvirini görərək ona vurulur və öz gözəlliyinə tamaşa etməkdən doymur. Heç fərqində olmadan özünə qarşı olan sevgidən vəfat edir. Məhz buna görə də Freyd bu potologiyaya narsizm adının verilməsinə diqqətə çatdırıb. Bu narsizmin kiçik tarixidir. Bu insanlar özlərinə əzab verirlər. Özünü hər kəsdən yüksək gördükdə, heç kəsi bəyənmir. Bu da onun şəxsiyyətinin pozulmasına gətirib çıxarır. Narsizm pozğunluğu psixoloqlarla və klinik-psixoloqların terapiyası ilə müalicə edilir. Narsist insanlara öz düşüncələrinin yanlış olduğunu demək olduqca çətindir. Səhvin qarşı tərəfdə yox özündə olduğunu qəbul etdirmək olduqca çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə