Fransada artan anti-İslam ritorikasının nəticəsi..?

Ölkədəki müsəlmanlar məscid qətliamına etiraz ediblər

...Fransa hüquq-mühafizə orqanları cümə günü səhər məsciddə Əbu Bəkr adlı müsəlmanı öldürən silahlı şəxsin axtarışlarını davam etdirir.

SİA-nın məlumatına görə, hücum edən şəxs təxminən 50 bıçaq zərbəsi vurub və onun şəxsiyyətini müəyyənləşdirməyə kömək edən müşahidə kameralarını gördükdən sonra qaçıb.

...Le Parisien-in məlumatına görə, Malidən olan 24 yaşlı qurban könüllü olaraq məscidi cümə namazı üçün təmizləyib və hazırlamaqla tanınıb.

Müşahidə kameraları Əbu Bəkrin namaz zalına girməzdən əvvəl hücum edən şəxslə danışdığı görüntülənib. Əbu Bəkr namaz qılmağa başlayanda silahlı şəxs bıçağı çıxarıb onu bıçaqlamazdan əvvəl onu təqlid etmiş kimi görünüb.

...Bu dəhşətli cinayət Fransada qəzəb dalğasına səbəb olub. “Le Monde” qəzeti davam edən rəsmi və ictimai qınaqlar, eləcə də nümayişlər barədə məlumat verir.

Müxtəlif siyasi xadimlər və təşkilatlar cinayətə və İslam əleyhinə ritorikaya etiraz olaraq ötən bazar Parisin mərkəzində kütləvi nümayiş keçirməyə çağırıblar.

...Insoumise partiyasının lideri Jan-Lyuk Melenşon və onun partiyasının bir neçə üzvü, Yaşıllar Partiyasının lideri Marine Tondolier də Paris nümayişində iştirak etdiklərini bildiriblər.

Melenşon sosial şəbəkədəki paylaşımında müsəlman gəncin məsciddə öldürülməsini Fransada artan anti-İslam ritorikasının nəticəsi olduğunu vurğulayaraq, cinayətin kollektiv şəkildə pislənməsinə çağırıb.

...Fransa Müsəlman İnam Şurası bu “İslama qarşı terror cinayəti”ndən sarsıldığını bildirib və Fransadakı müsəlmanları diqqətli olmağa və məscidlərdə tək qalmamağı məsləhət görüb.

Şura həmçinin Fransa hakimiyyətini müsəlmanların ibadət yerlərini qorumaq üçün milli plan hazırlamağa çağırıb.

Fransa katolik keşişləri konfransının milli sözçüsü Jan-Fransua Bur da cinayəti şiddətlə qınayıb və müsəlmanlara qarşı nifrətlə qəti mübarizəyə çağırıb.

Qeyd edək ki, prezident Emmanuel Makron sosial şəbəkədəki paylaşımında cinayəti pisləyib, Fransada irqçilik və dini nifrətə yer olmadığını deyib və qurbanın ailəsi, eləcə də müsəlman icması ilə həmrəy olduğunu bildirib.

Baş nazir Fransua Bayrou şənbə günü baş vermiş hadisəni "İslama qarşı biabırçılıq" adlandırıb və dövlətin cinayətkarı tutub məsuliyyətə cəlb etmək üçün bütün resursları səfərbər etdiyini vurğulayıb.

...“Le Figaro” qəzetinin məlumatına görə, daxili işlər naziri Bruno Rotaille bazar günü Fransanın cənubunda cinayətin baş verdiyi Qard bölgəsinə səfər edib və müxtəlif dini təşkilatların nümayəndələri ilə görüşməyi planlaşdırır.

Fransa mətbuatı xəbər verir ki, hadisəni törədən şəxsin axtarışları davam edir. Axtarışlar şənbə günü Qard bölgəsində və qonşu Herault departamentində aparılıb.

“Le Figaro” qəzeti şübhəlinin Lion şəhərində anadan olan, Fransa vətəndaşlığını daşıyan 21 yaşlı Olivye H.-nin müsəlman olmadığını və bosniyalı ailədə böyüdüyünü yazır.

...Və bu arada SİA-nın əldə etdiyi məlumata görə, İslamofob terrorçu İtaliya hakimiyyətlərinə təslim olub...

Yadımdaykən deyim: Eyni zamanda, Fransa İslam Şurası qeyd edib ki, Fransa mediası əvvəlcə hadisəni “iki müsəlman arasında mübahisə” kimi təqdim edib və onun terror xarakterini görməməzliyə vurmağa çalışmışdı...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə