Tarixi qərar və şanlı Qələbə - MƏQALƏ

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciət edib.

Düz bir il bundan əvvəl 27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak olmuşdur. Bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olunmuşdur. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu və xalqı tam Qələbə qazanmışdır.

Bir il öncə 27 sentyabr tarixində başlanan Zəfər yolunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi: “Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Azərbaycanın hərb tarixində Vətən müharibəsi və ya “Dəmir Yumruq Əməliyyatı” kimi adlandırılan 44 günlük müharibə özünəməxsus xüsusiyyətləri ilə müasir müharibənin nümunəsi kimi dünyanın aparıcı hərbi təhsil çüəssisələrində öyrənilir. Əks-hücum əməliyyatı müharibə tarixi üçün bir çox yeniliklərə imza atdı. Bir çox xarici ölkələrin hərbi ekspertləri, hərbi institutları müharibəni təhlil edərək öz ölkələri üçün dərslər çıxardı. Şuşanın erməni daşnaklarından azad edilməsi hərb tarixində yeni səhifədir. Bu səhifə hələ uzun illər öyrəniləcək. Müharibədə Ermənistan ordusunun 200-dən artıq tankının məhv edilməsi hərbi ekspertlər tərəfindən artıq tankların dövrünün sonunun çatması ilə bağlı müzakirələrə səbəb olub.

Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Ali Baş Komandan: “Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib,”- deyərək bundan sonra qalib ölkənin, müzəffər xalqın öz tarixi ata-baba torpaqlarını bərpa edəcəyini qeyd etdi.

Azərbaycan Respubliaksının Prezidenti möhtərəm İlham Əliyev cənabları 2020-ci il dekabrın 2-də hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Gününü kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Bu gün həmin tarixdən bir ilə yaxın vaxt keçir.

Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.

Nazilə Məmmədova

181 nömrəli tam orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə