Bu gün Bakıda Laçın yürüşü olacaq

Gecə saat 00:00 radələrindən Laçın rayonu artıq Azərbaycanındır. Laçın rayonu 28 illik erməni işğalından sonra azad edildi. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin noyabrın 10-da imzaladıqları bəyannaməyə uyğun olaraq dekabrın 1-də Ermənistan silahlı qüvvələri və orada məskunlaşdırılmış ermənilər Laçın rayonunu tərk etməli idilər və tərk etdilər. Gecə saatlarından etibarən Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub bayrağımızı qaldırıblar.

SİA-nın Bakı Şəhər İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, Laçın rayonunun azad edilməsi münasibətilə Bakıda yürüş təşkil ediləcək. Paytaxt sakinlərindən və şəhərimizin qonaqlarından karantin qaydalarına əməl etməyi, məsafə saxlamağı, təmaslardan uzaq durmağı, maska və dizinfeksiyaedici vasitələrdən istifadə etməyi xahiş edirik.

Laçın bizimdir, Laçın Azərbaycandır!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...