13 minədək tənha yaşlıya ərzaq yardımı edildi

Xüsusi karantin rejimi dövründə evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə sosial xidmətlərlə yanaşı, ehtiyacı olanlara ərzaq yardımları da edilir. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, bu məqsədlə bir sıra qurumlar və şirkətlər tərəfindən ümumilikdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edildi. Hazırda da bu proses davam etdirilir.

Ərzaq yardımlarının verilməsi respublikanın bütün bölgələrini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...