Qanvermə aksiyalarına start verilib

Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası başlayıb. SİA-nın məlumatına görə, "Təzə Pir " məscidində də qanvermə aksiyasına start verilib.

Qeyd edək ki, QMİ-nin təşəbbüsü ilə bu gün aşağıdakı ünvanlarda qanvermə aksiyası keçirilir:

1. Yasamal rayon Təzə-pir məscidi

2. Yasamal rayon Hacı Soltanəli məscidi

3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi

4. Səbail rayon İçərişəhər Cümə məscidi

5. Suraxanı rayon Qaraçuxur məscidi

6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi

7. Nizami rayon Keşlə qəsəbə məscidi

8. Sumqayıt şəhəri Cümə məscidi

9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi

10. Mingəçevir şəhər Heydər məscidi

11. Şəki şəhəri mərkəzi Cümə məscidi

12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi

13. Bərdə şəhəri Cümə məscidi

14. Nəsimi rayonu Əjdərbəy məscidi

15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi

16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi

17. Quba rayonu Ərdəbil məscidi

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə