Mixail Qorbaçov və Serj Sarqsyan

Aydın Mirzəzadə, millət vəkili

SSRİ-nin keçmiş lideri bir neçə gün əvvəl gənclərlə görüşündə ilk dəfə olaraq SSRİ-nin dağılmasında öz günahını etiraf etdi. Ancaq bu etiraf da ənənvi olaraq "qorbaçovsayağı" baş verdi. Beləliklə, o bildirdi ki, ittifaqın son illərində öz komandasının müqavimətini qıra bilməyib.

Bu tip izahatlar bir qayda olaraq ambisiyalı və yarımçıq adamlara xas olan xüsusiyyyətdir. Son sovet lideri nədənsə bütün fikirlərini ancaq iitifaq dövlətinin dağılması faktı üzrəində qurur. SSRİ-nin keçmiş çar Rusiyasının işğal etdiyi torpaqlar üzərində qurulduğunu və həmin torpaqların tarixi sahibləri olan xalqların müqəddaratını təyinetmə və müstəqil dövlət qrurmaq hüququna malik olması həqiqətini isə bu uğursuz siyasətçi qəbul etmək istəmir.

Eyni zamanda Qorbaçov düşünülməmiş və avantürist eksperimentləri nəticəsində SSRİ-ni dərin böhrana saldığını, 250 milyon əhalini aclığa düçür etdiyini, Azərbaycana 20 yanvar 1990-cı il, Gürcüstana 9 aprel 1989-cu il Tiflis, Özbəkistana 1989-cu il Fərqanə, Litvaya 13 yanvar 1990-cı ilə faciləri yaşatdığının məsuliyyətini boynuna almaq istəmir.

Eyni yanaşmanı bu günlər Ermənistan prezidenti Serj Sarqsyan nümayiş etdirir. 2-5 aprel 2016-cı il Ermənistan-Azərbaycan cəbhəsində yaşanan hərbi əməliyyatlarını, nəticədə Ermənistandan 300 nəfər insanın həlak olmasını və bütün Ermənistanın fəlakət yaşaması məsuliyyətini o özündən başqa hər kəsdə görür. Dünən sərəncamı ilə ölkəsinin müdafiə nazirliyinin maddi-texini təchizata məsul generalını, rabitə rəhbərini və hərbi kəşfiyyat rəhbərini işdən azad edib. Bununla da hərbi məğlubiyyətinin təchizat və rabitənin pis olması ilə izah edib. Xarici mətbuata verdiyi müsahibələrdə isə Azərbaycanı işğal altında olan torpaqlarının bir hissəni azad etdiyinə görə ittiham edir.

Qorbaçov kimi Sarqsyan da öz şəxsi məsuliyyətini etiraf etmək istəmir. Özünün bilavasitə iştirakı ilə ötən əsrin 90-cı illərdə xaricdəki bəzi dairələrin dəstəyi ilə Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi, 1 miyondan çox azərbaycanlının əz yaşadıqları yerdən çıxarılması, əsrin faciəsi olan Xocalı faciəsinin törədilməsini nədənsə Ermənistan rəhbəri yada salmaq istəmir. Eyni zamanda etiraf etmək istəmir ki, Azərbaycan və Türkiyə torpaqlarına iddia və düşünləmiş siyasət Ermənistanın dərin böhrana düçür olmasına, 1991-ci ildə 3,5 milyon əhalisi olan Ermənistan əhalisinin rəsmi şəkildə əhalinin 2, 8 milyon nəfərə düşəməsi, əhalinisinin 35 fazinin kasıbçılıq həddindən aşağı yaşamsaı bir başa onun məsuliyyətidir.

Sarsyanın və sarqsyanların "Böyük Ermənistan" nağılına tək sadə ermənilər deyil, elə özünün yaratdığı elitası da inanmır. Bir neçə ilə əvvəl Ermənistanın Milli Təhlikəsizlik Xidmətinin kadrlar idarəsinin keçmiş rəisinin birdən-birə ABŞ vətəndaşlığı alaraq ölkəni tərk etməsi, ötən il isə Yerevan polisi rəsinin "yaşıl kart" udaraq vəzifəsindən imtina edərək Amerikaya köçməsi Sarqsyan siyasətinin real nəticələrdir.

Bir faktı yada salaq ki, Sarsyan məhz Qorbaçovun SSRİ rəhbəri olduğu dövrlərdə, 1989-cu ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində hərbiləşdirlimiş dəstələr yaradaraq gələcək işğala hazırlaşırdı.

Həm Qorbaçov, həm Sarqsyan tarixin ədalətli olduğunu heç cürə dərk etmək istəmirlər. Ancaq ədalətin bərpa edilməsi məsələsində tarix heç də bu siyasət dəllallarından və cəlladlardan icazə almaq fikrində deyildir.

Bütün xəbərlər Facebook səhifəmizdə