Qərb bölgəsində fermerlərə süni əngəllər yaradılır SƏS TV

Qərb bölgəsində fermerlər kənd təsərrüfatının inkişafı ilə bağlı əllərindən gələni edirlər ki, ölkəmizdə məhsuldarlıq bol olsun. Lakin fermerlər yerli məmurların aqrar sahəyə ögey münasibətindən şikayətlənir. Əkin sahələri üçün nəzərdə tutulmuş subsidiyalarıN, banklardan güzəştli kreditlərin verilməməsi və əkin sahələri üçün gübrələrin alınmasında yaranan problemlər sahibkarların narazılığına səbəb olur. Tovuzlu fermer Aslan Aslanov deyir ki, bu il taxıl zəmilərindən bol məhsul gözlənildiyi halda, əkin sahələrinə gübrə verilmədiyi üçün taxıl indidən saralıb və təbii ki, bu da məhsuldarlığa öz mənfi təsirini göstərəcək.

"Aqrolizinq" ASC-nin Tovuz rayon filialının rəhbəri Vidadi Əkbərov isə kifayət qədər gübrənin olduğunu və 70 faiz endirimlə fermerlərə satıldığını bildirir.

Qazax rayon Ağköynək kənd sakini Fərmayıl Qasımovun sözlərinə görə, əkin sahələri üçün subsidiya ala bilmir.

Ağköynək kənd icra nümayəndəliyindən isə bildirildi ki, əkilmiş torpaq sahələrinin sənədləri təqdim edildikdən sonra həmin fermerə yanacaq üçün subsidiya ayrılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə