Bu tunelə giriş bağlanacaq DİQQƏT

Bu tunelə giriş bağlanacaq DİQQƏT

Bakıda Heydər Əliyev prospektinin köməkçi yollarından birində, Heydər Əliyev Mərkəzindən metronun Koroğlu stansiyası istiqamətindəki kənar yoldan "Bağırov körpüsü"nün altındakı tunelə giriş bağlanacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat deyib.

Onun sözlərinə görə, tunelə giriş fevralın 18-i saat 9:00-dan etibarən bağlanacaq. Bu addım tuneldə aparılacaq təmir işləri ilə əlaqədardır.

P.Mürəsliyev qeyd edib ki, təmir işlərinin 2 gün ərzində yekunlaşdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə