FHN Gəncədə məktəblilər arasında təlimlər keçirib - FOTO

Fövqaladə Hallar Nazirliyininin Gəncə Regional Bazasında məktəblilər arasında yarış keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, Fövqaladə Hallar, Gənclər və İdman Nazirliyinin xətti ilə təşkil olunan yarışlar bir gün davam edib. Əsas məqsəd yeniyetmə və gənclərin fövqaladə hallara hazırlıq səviyyəsini yüksəltmək, gənc nəsilə hərbi vətənpərvərlik ruhunun aşılanmasıdır.

Qeyd edək ki, turnirdə qərb bölgəsinin orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. 5 mərhələdən ibarət olan yarışda məktəblilər kobinə edilən yanğın estafetini, axtarış xilas etmə və maneələr zolağını aşıblar. Sonda qaliblər fəxri fərmanlarla mükafatlandırılıb. Məlumat üçün bildirək ki, Gəncədən sonra analoji turnir Yevlax rayonunda təşkil ediləcək.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə