Bir neçə rayonda su fasilələrlə veriləcək

Dekabrın 5-6-da Bakının Nəsimi, Yasamal, Nərimanov rayonlarının bir hissəsinə - Ş.Əzizbəyov, M.Topçubaşov, Mərdanov qardaşları, A.Qurbanov, S.Rəhimov, S.Vurğun, M.Füzuli küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə SİA-ya "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.Suyun verilməsində məhdudiyyətlərin yaranmasına səbəb əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrə uyğun olaraq, məhəllədaxili su xətlərinin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işləri ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə