Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb
Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Gulfstream" tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqa bağlı işarə siqnalı işə düşüb. SİA xəbər verir ki, təyyarənin sisteminin pilotlar tərəfindən yenilənməsindən sonra məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyarə uçuşa hazırdır.
Qeyd edək ki, təyyarədə sərnişin olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə