Təbii ehtiyatlar cəmiyyətin maddi və mədəni tələbatını ödəmək üçün istehsal prosesində istifadə olunan təbii mühitin tərkib hissələridir.
Təbii sərvətlər təbii mənşəyinə görə fizikidir, lakin istifadə prosesində onlar iqtisadi sərvətə çevrilirlər.

Yanacaq Mineral Ehtiyatları
Yanacaq mineral xammalları çöküntü mənşəlidir, buna görə də onlar qeyri-bərabər paylanır və platforma strukturlarının çöküntü örtükləri ilə məhdudlaşır. Bəşəriyyətin mineral yanacaqla təminatının təxminən 1000 yaşı var. Ehtiyatların 60%-i kömür, 27%-i isə karbohidrogen yanacağının payına düşür. Eyni zamanda, ilkin enerji mənbələrinin dünya istehlakının strukturu fərqli şəkildə inkişaf edir.
Ölkəmiz hansı faydalı qazıntılar ilə məşhurdur?
SİA mövzu ilə bağlı araşdırma aparıb.

Respublikamızda dolomit, tabaşir, tikinti gilləri, çay daşı, qum və s. olduqca çoxdur. Nefçala, Mişovdağ, Babazənən, Böyükşor yodlu-buromlu su yataqları Nefçala yod-brom zavodunu xammalla təchiz edir. Respubilka Müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları ilə zəngindir. Buna görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır.
Azərbaycanın Kişik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, kobalt, mis, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur. Kiçik Qafqazın şimal yamacı müxtəlif faydalı qazıntılarla zəngin olduğu üçün “Azərbaycan uralı” adlandırılır. Qafqazda mənimsənilən ən iri dəmir filizi Daşkəsəndir. Bu yatağın filizi yüksək keyfiyyəti ilə fərqlənir. Zəylik alunit yatağı ehtiyatına görə dünyada tanınır. Kiçik Qafqaz və Naxçıvan MR ərazisi civə yataqları ilə də zəngindir. Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataq yataqları daha məşhurdur. Kəlbəcər və Zəngilan rayonlarının qızıl yataqları sənaye əhəmiyyətlidir.

Qarabağda 1993-cü ilədək tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları- 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min m3 üzlük daşı, 1,1 milyon m3 gil, 2,5 milyon m3 qum, gündəlik ehtiyatı 18000 m3/gün yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub.
Hazırda bu faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın Sədri Amin Məmmədov:" Qeyd etmək lazımdır ki, 27 ildən çox işğal altında olan rayonlarımızda qiymətli əlvan metallarla- qızıl, gümüş, mis, malibden və s. ilə zəngindir.
Həmçinin, tikinti xammalı materialları çay daşı, mərmər daşı mərmər mişar daşı, sement xammalı və digər təbii sərvətlərlə zəngindir. Bundan başqa, Kəlbəcər ərazisində mineral su ehtiyatları da mövcuddur və sovet dövründə orada sanatoriyalar fəaliyyət göstərmişdir.
Müalicəvi əhəmiyyətli olan Mineral sular ölkənin iqtisadiyyatına böyük fayda gətirirdi. Sanatoriyada müalicə alanların turizmə verdiyi töhfələr, həmçinin, o suyu qablaşdırmaqla istər daxili, istərsə də xarici bazarda satışından əldə olunan gəlir ölkə iqtisadiyyatına xeyli gəlir gətirirdi.
Bu baxımdan, bu 27 il ərzində həmin ərazilərdəki 160-dan çox təbii sərvətlərdə olan yataqlar əksəriyyəti istismar olunurdu. Qanunsuz şəkildə istismar nəticəsində Kəlbəcərdə söyüdlü yatağında 10 tonlarla qızıl xarici investorlarla birlikdə daşınıb. Bu sərvətlərin çıxarılması ekoloji normalara riayət olunmada həyata keçirilmişdir ki, bu da həmin ərazilərin ətraf mühitinə xeyli ziyan vurub.
Yəni o filizin, qızılın, gümüşün ayrılması prosesində ayrılan tullantılar həmin ərazilərə axıdılmışdır. Həmin əraziləri təmizləmək üçün ölkəmiz əlavə vəsait xərcləmək məcburiyyətində qalacaq.
Hazırda da aksiyanın tələbində irəli sürdüyümüz qızıl bulaq və dəmir yataqları hələ də istismarı keçən həftəyə kimi davam edirdi.
2020-ci il noyabrda vətən müharibəsi bitəndən sonra da bu istismar davam edirdi və artıq hökumətin əlində faktlar var idi ki, istismar nəticəsində həmin ərazilərə külli miqdarda ziyan dəyib. Aksiyanın da səbəbi elə bununla əlaqədardır.
Tələbimiz odur ki, bu monitorinq aparılmalıdır və ora dəymiş zərər qiymətləndirilməlidir.
Düşmən tərəfi talan edərkən heç bir ekoloji normativlərdən, yeni texnologiyalardan istifadə etməyiblər. Bugünkü etirazımızda istəyirik ki, oradakı fəsadlardan özümüzü sığortalayaq və problemlərin qarşısını indidən almağa çalışaq".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB