Ölkəmizdə içməli su problemi yaşanırmı? - ARAŞDIRMA

İqlim dəyişikliyi ilə bağlı son proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisinin demək olar ki, yarısı təmiz şirin suya çıxışı məhdud olan su çatışmazlığı olan ərazilərdə yaşayacaq. Dövlət orqanları, milli və beynəlxalq təşkilatlar və su ehtiyatlarının istismarı ilə məşğul olan şirkətlər bütün dünyada suya artan tələbatı ödəmək üçün həll yolları axtarırlar.

Dünyanın bir çox regionlarında şirin su ehtiyatlarının çatışmazlığı ciddi problemə çevrilib. Vəziyyət şəhər əhalisinin artması ilə daha da ağırlaşır. Təmiz şirin suya çıxış şəhərin davamlı həyatı üçün vacibdir.

Təmiz şirin sudan sənaye və kənd təsərrüfatı kimi müxtəlif məqsədlər üçün istifadə olunsa da, onun 60%-i məişət ehtiyaclarına gedir. Pulun böyük hissəsi elektrik enerjisinə xərcləndiyi üçün şirkətlər enerjiyə qənaət edən yolları axtarırlar.

Dəniz suyunun duzsuzlaşdırılması su qıtlığının aradan qaldırılmasına və dünyanın suya artan tələbatının ödənilməsinə kömək etmək üçün perspektivli və sürətlə inkişaf edən texnologiyadır .Dəniz suyunu şirin suya çevirməyin iki yolu var:

Termal proseslərə əsaslanan duzsuzlaşdırma texnologiyaları (məsələn, buxarlanma , mərhələli distillə) və ya membran.

Keçmişdə Yaxın Şərqdə əsasən termal duzsuzlaşdırma texnologiyalarından istifadə olunurdu, çünki onların istifadə etdiyi zavodlar asan işləyir və enerji xərcləri azdır. Hazırda bazar tendensiyaları tərs osmos texnologiyasına çevrilir. Bu gün, misilsiz eko-səmərəliliyi sayəsində dünyada yeni duzsuzlaşdırma qurğularının üçdə ikisindən çoxu bu texnologiyadan istifadə edir.

Bəs ölkəmizdə vəziyyət nə yerdədir?

SİA mövzu ilə bağlı araşdırma edib.

Əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə ölkəmizdə struktur islahatlar aparılmışdır. Dövlət başçısının “Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli sərəncamına əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı.

Bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük sutəmizləyici kompleksidir. Cəmiyyət göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yaranan problemlərin operativ həlli üçün bütün imkanlardan istifadə edir və bu məqsədlə 955 Zəng Mərkəzi 24 saat fasiləsiz fəaliyyət göstərir.

Bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Mingəçevir, Quba, Qobustan və Ağstafa sutəmizləyici qurğuları da istismara verilib. Son illər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış məqsədyönlü siyasətinin əsas istiqamətini təşkil edir.

Azərsu” ASC-də ictimaiyyətlə əlaqələr departamentin rəhbəri Anar Cəbrayıllı:" Azərbaycanın şirin su ehtiyatlarının cəmi 2 faizini içməli su məqsədilə istifadə olunur.Və bu günləri deyərdim ki, mərkəzləşmiş artizan sistemlərimizdə su qıtlığı ilə bağlı problem yoxdur . Amma quraqlıq su mənbələrin məhsuldarlığına təsir göstərir. Bəzi mənbələr var ki, məhsuldarlığı azalıbdır . Tovuz, Ağsu, Şamaxının, Lerinin mənbələri ilə bağlı global iqlim dəyişikləri , quraqlıq ərazilərin artmasına səbəb olmuşdur, buna görə də biz bəzi yerlərdə alternativ mənbələr yaratdıq ki, həmin şəhərlərin təminatı həyata keçirtsin. Vətəndaşlardan gələn müraciətlərdə vaxtilə su mənbələri kimi istifadə etdikləri və indi qurulduğunu, bu halların daha çox yay aylarında baş verdiyini qeyd olunur. Biz onu görürüki ki, rayon ərazilərdə bəzi artizanlarımız quruyur . Su səviyyəsinin azalması kimi hallara rast gəlinir. Amma bir neçə şəhərdə alternativ mənbələr yaratmışıq və gələcək layihələrdə də bu kimi məsələləri nəzərə alacağıq. Şuşa şəhərində mütəxəsislər araşdırma aparanda məlum oldu ki, orada iyul -avqust aylarında mənbə suları azalıb və biz ora üçün alternativ bəndlər çəkməli olduq. Yay aylarında həmin bındlərdən istifadə edərək su ilə təmin olunmasını həyata keçriləcəkdir".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə