Anar Əliyev Zaqatalada qəbul keçirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edib. SİA xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, reabilitasiya, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Bildirilib ki, sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə