Əkiz bacılar: "Gəlişinlə bizi çox həyəcanlandırdın" FOTOLAR

Müğənni əkiz bacılar Sevil-Sevincin ailəsində xoş gün yaşanır. SİA-nın məlumatına görə, bu gün bacıların qardaşı qızı Anelin doğum günüdür. Onlar bu münasibət ilə sosial media hesabında fotolar paylaşaraq təbrik ediblər:

"16.04.19 tarixi bizim üçün özəl gündür. Anelkam, gəlişinlə bizi çox həyəcanlandırdın. Allah səni bizə nəsib etdi. Bizə çox görmədi. Üzün həmişə gülsün, canın sağlam olsun. Allah səninlə bizi sınağa çəkməsin, bibinin gözəl mələyi".

Qeyd edək ki, onların bu təbrikinə izləyiciləri ilə yanaşı məşhur simalar da qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə