Xəbər verdiyimiz kimi, meyxanaçı Ələkbər Yasamallı həmkarı Aqşin Fateh haqda xoşagəlməz ifadələr səsləndirib. SİA-nın məlumatına görə, o, "İnstagram"da canlı yayım zamanı həmkarını təhqir edib və Aqşini söhbətə çağırıb.

A.Fateh məsələ ilə bağlı açıqlama verib: "Ələkbər Yasamallı ünvanımı və nömrəmi bilə-bilə məni sosial şəbəkədə söhbət çağırıb. O, "İnstagram"da məni hansı restorana çağırmışdısa, həmin saatda ora getdim. Restoranda danışdıq ki, kənarda söhbət edək. İki gündür Ələkbər söhbətə gəlmir. Hər ikimizin də tanıdığı hörmətli dostumuz var. O, mənə təklif etdi ki, mehribançılıq olsun. Mən də razılaşdım. Həmin dostumuz mənə söz verdi ki, Ələkbər yenidən açıqlama verərək, hər şey düzəldəcək. Amma mən hələ də gözləyirəm. Ələkbər ortada yoxdur.

Onu da deyim ki, hər zaman ədəbli, ağlım başımda, sözümün yerini bilən insan olmuşam. Mənim Allahdan başqa da heç kimdən qorxum yoxdur. Bir-iki ay bundan öncə də bəzi sənətçilərə də cavab verməməyimin səbəbi ədəbimdən irəli gəlir. Ələkbəri də kişi bildiyimə görə sözüm olanda özünə zəng edib, demişəm".

Nəzərinizə çatdıraq ki, Ə.Yasamallı A.Fateh haqqında bu sözləri demişdi: "Sənə ikinci dəfə şans verdim. Kərimlə olan söhbətdə sənə dəstək oldum. Amma üçüncü dəfə get tullan. Sən kim, mən kim. Bizim aramızda böyük fərqlər var. Sən özün qəşəng bilirsən nə fərqlərdi. Nömrə 1 söhbəti edir. Mənim yanımda Aqşin etdiyin hərəkətlərə görə nömrən sıfırdı. Mən olan restorana gəl . Çıxanda da görüşə bilərik".

Qeyd edək ki, Ə. Yasamallının əsəbləşməsinə səbəb Aqşin Fatehin "Hər şey daxil" verilişinin canlı yayımında etdiyi açıqlamalar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə