Cem Yılmaz Fəxri Xiyabanda VİDEO+FOTOLAR

Bakının qonağı olan türkiyəli aktyor Cem Yılmaz Birinci Fəxri Xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. SİA-nın məlumatına görə, sənətçi Ulu Öndərin məzarı önünə əklil qoyub.

Sonra aktyor görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq, məzarı üzərinə gül dəstələri düzüb.

Cem görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüb qoyub.

Daha sonra isə aktyor media nümayəndələri ilə görüşərək bunları söyləyib: “Biz üzərimizə düşən vəzifəmizi icra etdik. Azərbaycan xalqının Ümümilli Lideri Heydər Əliyevi, onun həyat yoldaşı Zərifə Əliyevanın məzarını ziyarət etdik. Bu, bizim hər birimiz üçün çox önəmlidir".

Sənətçi daha sonra Şəhidlər Xiyabanına gələrək türk əsgərlərin məzarlarlarına gül dəstələri düzüb, şəhidlərin ruhuna dua oxuyub.

Bütün xəbərlər Facebook səhifəmizdə