Səmra Serbiya Promo turu çərçivəsində Mariya və Sanya ilə görüşüb FOTOLAR

"Eurovision2007" mahnı müsabiqəsinin qalibi Mariya Şerifoviç Azərbaycanlı həmkarı Səmranı Serbiyadakı promo turu çərçivəsində özünün Belqraddakı ən sevimli restoranına şam etməyə dəvət edib. SİA-nın verdiyi xəbərə görə, Səmra və Mariya Serbiya mətbəxinin ən ləziz yeməklərini dadıb və "Eurovision"da uğur qazanmağın sirlərini müzakirə ediblər. Səmimi Söhbət zamanı Mariya Səmranın çox gözəl gənc xanım olduğunu, eyni zamanda onun özünəməxsus səsi, enerjisi və emosianal tərzi ilə "Eurovision" səhnəsində uğur qazanacağına inandığını bildirib. Serbiyalı məşhur ifaçını və ona qələbəni gətirən "Molitva" mahnısını çox sevən Səmra, Mariyanın məsləhətlərini diqqətlə dinləyib. Artıq iki yaxın rəfiqəyə çevrilmiş və hələ karyeralarının başlanğıcında olan iki gənc ulduz səmimi söhbət aparıblar. Tel-Əvivdə keçirilən Eurovision partisi zamanı tanış olan ifaçılar tezliklə Stokholmda baş tutacaq məşqlər, səhnə performansları barədə gizli məqamlar barədə söhbətləşib və İsrail təmsilçisi Hovi Star haqqında danışıblar. Sanya və Səmra zarafatlaşmağı da unumayıb. Belə ki, təmsilçilər zarafatla qeyd ediblər ki, onlar yarıfinal mərhələsini keçib Finala yüksələrlərsə yaxın rəfiqələrdən hətta düşmənə belə çevrilə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...